Binali Yıldırım:“Hücumun arxasında solçu təşkilatlardan birinin durduğu ehtimal olunur”

21-01-2017, 11:00           

Türkiyə baş naziri Binali Yıldırım hakim partiyanın binasının qumbaraatandan atəşə tutulmasını pisləyib.

O, hücumun arxasında solçu təşkilatlardan birinin durduğunun ehtimal edildiyini bildirib.

“Hücumda solçu terror təşkilatlarından biri şübhəli bilinir. Bu Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) və yaxud Marksist Leninist Kommunist Partiyası (MLKP) ola bilər. Kim edibsə etsin, alçağın biridir”, deyə B. Yıldırım bildirib.

Faktla bağlı prezident Ərdoğanın məlumatlandırıldığı qeyd olunur. Qeyd edək ki, ötən axşam İstanbulda hakim “Ədalət və İnkişaf Partiyasının” (AKP) binası qumbaraatandan atəşə tutulub. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru