Təşəkkürlər: "Traktorsazi" bir Azərbaycan klubu olduğunu sübutladı - meydana qara sarğı ilə çıxdı

21-01-2017, 12:03           
Təşəkkürlər: "Traktorsazi" bir Azərbaycan klubu olduğunu sübutladı - meydana qara sarğı ilə çıxdı
Dünən Antalyada "Qəbələ" ilə yoldaşlıq görüşü keçirən "Traktorsazi"nin əvəzedici komandası meydana qara sarğı ilə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Təbriz klubu bununla 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

DİA.AZ bildirir ki, Təbriz klubunun bu jesti çox mühüm mətləblərdən xəbər verir. Qeyd edək ki, hər zaman hətta azarkeşlərinin ruhu ilə də bir MİLLİ RUHLU AZƏRBAYCAN KOMANDASI - bəlkə də Güney Azərbaycan türklərinin mücadilə əzminin simvolikası kimi diqqətə gələn "Traktorsazi" bu addımı ilə də BÜTÖV AZƏRBAYCAN amlına sədaqətini nümayiş etdirmiş oldu ki, İran kimi qapalı və avtoritar rejimdə, cəzaların sərt olduğu bir ünvanda sözügedən fəaliyyətlətlərindən dolayı ancaq təşəkkürə layiqdir.

Qarşınızda baş əyirik... Təşəkkürlər bir daha!














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.