MHP getdikcə yox olur: Yeni istefalar

22-01-2017, 19:06           

Türkiyə Milliyətçi Hərəkat Partiyasında istefalar davam edir.

Axar.az xəbər verir ki, bu gün partiyanın Ağsəki bölgə rəhbəri Mustafa Başgör MHP-dən ayrıldığını bəyan edib. Başgörla bərabər, partiyanı Ağsəki bölgə təşkilatının İdarə Heyətinin bütün üzvləri də tərk edib. Başgör belə addım atmasına MHP-nin son günlər yürütdüyü siyasəti əsas səbəb göstərib.

Qeyd edək ki, son günlər MHP-dən istefalar artıb. Partiyanı çox nüfuzlu şəxslər tərk ediblər. Onların belə addım atmasına səbəb MHP rəhbəri Dövlət Baxçalının hakim Ədalət İnkişaf Partiyası ilə birgə hərəkət edərək konstitusiya dəyişikliyini dəstəkləməsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru