Yıldırım: "Türkeş də buna dəstək vermişdi" dedi - CHP cavabında Türkeş və Ərbakanının videosunu yaydı VİDEO

22-01-2017, 19:27           
Yıldırım: "Türkeş də buna dəstək vermişdi" dedi - CHP cavabında Türkeş və Ərbakanının videosunu yaydı  VİDEO
Türkiyə Baş naziri Binəli Yıldırım parlamentdə konstitusiyaya dəyişikliklə bağlı qanunun qəbul edilməsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, parlamentin qərarından sonra AKP nümayəndələri ilə daxili toplantı keçirən Yıldırım mətbuata açıqlamasında əvvəlcə MHP lideri Dövlət Baxçalıya təşəkkür edib.

Yıldırım ssenari yazanların xəyallarının puç olduğunu, xalqın "hə" cavabı ilə Türkiyənin yeni dönəmə qədəm qoyacağını söləyib.

Alparslan Türkeşin vaxtilə bu sistemə dəstək verdiyini xatırladan Yıldırım Nəcməddin Ərbakanın da bu dəyişikliyi müdafiə etdiyini vurğulayıb.
Lakin Türkiyədə prezidentlik üsul-idarəsinə keçidlə bağlı müzakirələrin ən qızğın mərhələsində Cümhuriyyət Xalq Partiyasının millət vəkili Özgür Özel sosial şəbəkələrdə diqqət çəkən bir video paylaşıb.
teref.az xəbər verir ki, CHP-çi deputat videonu “Rəhmətlik Nəcməddin Ərbakandan milli görüşçülərə, Alparslan Türkeşdən isə MHP-çilərə mesaj var” sətirləri altında paylaşıb.
teref.az
[media=https://www.youtube.com/watch?v=Y7xFAIAhHpU]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru