Beşiktaş terrorunda sirli qadının rolu... - Fotolar

25-01-2017, 09:30           
Beşiktaş terrorunda sirli qadının rolu... - Fotolar
12 dekabr 2016-cı ildə İstanbulun Beşiktaş rayonunda, “Vodafon Arena”nın yaxınlığında törədilən terror aktı barədə yeni detallar üzə çıxıb.

Musavat.com-un məlumatına görə, terrorçuların hadisədən iki gün əvvəl stadionun ətrafında apardıqları kəşfiyyatın görüntüləri ortaya çıxıb. Görüntülərərdən məlum olur ki, dekabrın 6-da Tufan Beyhan avtomobil satın alır. Hazırda həbsdə olan Tufan Beyhan maşın sürə bilmədiyi üçün avtomobili ona satan şəxs sükana keçir və terrorçunu Bağcılar səmtinə aparır. Dekabrın 10-a qədər maşın heç bir kameraya düşmədiyib. Bu da onu göstərir ki, həmin müddətdə maşın bomba ilə yüklənib.

Dekabrın 10-da isə avtomobil Vətən prospektində ortaya çıxıb. Maşının qabaq oturacaqlarında iki kişi, arxa oturacaqda isə bir qadının oturduğu görünür. Daha sonra terrorçular stadionun ərtafında iki dəfə fırlanırlar.

Hadisə günü isə avtomobil Vətən prospektindən Eminönüyə, oradan da Karaköyə keçir. Sahil ilə hərəkət edən maşın Türkiyə vaxtı ilə saat 14:56-da stadionun yanına gəlir. Terrorçular günorta saatlarından axşam 20:10-a qədər kəşfiyyat aparırlar. Axşam isə qadın maşından düşərək "Maşka" parkına doğru irəliləyir və kameralardan itir. Daha sonra terrorçular maşını stadionu yuxarıdan görən bir kafenin yanında saxlayaraq kafeyə girirlər. Ehtimal edilir ki, terrorçular buradan stadionun ətrafındakı polisləri izləyiblər.

Terror anı: 22:30-da terrorçulardan biri maşından enir, digər terrorçu isə təxminən 6 dəqiqə sonra maşını partladır. Qaçan terrorçu isə polislərin diqqətinin çəkir. O, polislər yaxınlaşan vaxt üstündəki bombanı partladır. Özü havaya uçur, 5 polis isə şəhid olur.

Maşını satın alan, hazırda həbsdə olan Tufan Beyhanın hadisədən əvvəl maşından düşərək yoxa çıxan sirli qadınla görüşdüyü bildirilir. Tufan Beyhanın qadına dağdan enən terrorçulara şəhərdə bələdçilik etməsi barədə təlimat verdiyi qeyd edilir.

Qeyd edək ki, 2016-cı ilin 12 dekabrında “Vodafon Arena” stadionunun yaxınlığında “Beşiktaş”-”Bursaspor” oyununundan sonra polisləri hədəf alan iki partlayış baş vermişdi. Terror nəticəsində 44 nəfər həyatının itirmiş, 166 nəfər yaralanmışdı. Terror aktını PKK terror təşkilatı üstlənmişdi.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.