Bordo beretlilər İŞİD “əmir”ini tutub Türkiyəyə gətirdi – SON DƏQİQƏ

25-01-2017, 12:44           
Bordo beretlilər İŞİD “əmir”ini tutub Türkiyəyə gətirdi – SON DƏQİQƏ
Əl Bab-da 20 yanvar günü Türkiyə ordusunun şəhidlərinin qisası alınıb.
Turkiyənin “Milliyet” qəzeti xəbər verir ki, o hücumdan düz 2 gün sonra kəşfiyyat terrorçuların yerini təsbit edib, xüsusi təyinatlılar hərəkətə keçərək, 20 yanvar gecəsi türk hərbçilərinə qarşı xain hücum təlimatını verən İŞİD “əmir”ini ələ keçirib.
Qeyd edək ki, İŞİD-in 20 yanvar gecəsi terror hücumu zamanı 5 hərbçi – Emre Doruk, Bahattin Mis, Səlim Topal, Ramazan Daşqın və Mete Can – şəhid olub, 9 əsgər isə yaralanıb.
Partlayışın ardından TSQ tərəfindən bölgədə geniş miqyaslı əməliyyat başladılıb. F-16-lar tərəfindən bölgədə təsbit edilən İŞİD hədəflərinə bombalar yağdırılıb. Ümumilikdə 21 hava zərbəsi nəticəsində 46 İŞİD terrorçusu məhv edilib, 16-sı isə yaralanıb.
İŞİD “əmir”inin yeri kəşfiyyat əməliyyatı nəticəsində 48 saata müəyyən edilib. Əməliyyat üçün TSQ-nin göz bəbəyi olan xüsusi təyinatlılar (bordo beretlilər) təlimatlandırılıblar. Basqın şəklində həyata keçirilən əməliyyat hərəkat mərkəzindən də canlı olaraq izlənilib. Terror əmrini verən İŞİD “əmir”i sağ ələ keçirilərək Türkiyəyə gətirilib.
Hal-hazırda onun dindirilməsi davam edir. /publika.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru