Türkiyə Yunanıstanı hədələdi : “FETÖ terrorçularını ekstradisiya edin, yoxsa…”

30-01-2017, 01:18           

Türkiyə Müdafiə naziri Fikri İşıq Yunanıstanın FETÖ-çü hərbçiləri ekstradisiya etməməsini sərt şəkildə tənqid edib.
Avropa.info xəbər verir ki, İşıq Yunanıstanın bu addımının terrora dəstək vermə anlamına gəldiyini deyib.
“Yunanıstanın bu qərarı yenidən gözdən keçirməsi və bu adamların ekstradisiyasını bir an əvvəl təmin etməsi lazımdır. Biz qonşuluq əlaqələri içərisində bu məsələnin həll edilməsini istəyirik, əks təqdirdə Türkiyə hər cür təzyiq formasını dəyərləndirəcək.
Yunanıstanın mövqeyini dərk etməyimiz mümkün deyil. NATO-da bizim müttəfiqimizdir . Hər şeydən əvvəl də qonşumuzdur . Özlərinin də terror təşkilatı saydığı terrorçuların Türkiyəyə ekstradisiya olunmamasının izahı ola bilməz. Bu günə qədər heç bir terror təşkilatı üzvünü Türkiyəyə ekstradisiya etmədilər. Bu yaxşı niyyətli bir yanaşma deyil. FETÖ üzvü olduğunu düşündüyümüz 8 nəfərin Türkiyəyə ekstradisiya edilməməsi qəbul edilməz. Bu qərar siyasi bir qərardır” deyə nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru