Türkiyədə FETÖ-ya böyük zərbə — Çox sayda həbslər

2-02-2017, 10:23           

Türkiyədə terror əleyhinə əməliyyatlar davam edir.
Ölkə.Az bildirir ki, əməliyyatlar ölkənin müxtəlif yerlərində keçirilib. Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən əməliyyat zamanı 20 hərbçi saxlanılıb. Onlar FETÖ terror təşkilatı ilə əlaqəli olmaqda şübhəli bilinirlər. Saxlanılanlardan ikisinin ifadəsi alındıqdan sonra, ölkəni tərk etməmək şərtilə sərbəst buraxılıb. 2 nəfər isə xüsusi nəzarət altında ev dustaqlığına verilib. Digər 16 nəfər isə həbs edilib.

Türkiyənin Muş vilayətində keçirilən əməliyyat zamanı 35 nəfər saxlanılıb. Saxlanılan şəxslər 15 iyul dövlət çevrilişi cəhd və FETÖ terror təşkilatı ilə əlaqələrdə günahlandırılırlar. Saxlanılanlar arasında 4 dövlət məmuru, 2 din xadimi, 11 komisar, 14 polis məmuru, 3 təhlükəsizlik şöbə rəisi və 2 əməkdaşı, o cümlədən də bir neçə hərbçi var.

Digər əməliyyatlar isə Giresun, Manisa, Düzce, Hatay, Erzurum və Rizedə keçirilib. Əməliyyat zamanı 7 əsgər saxlanılıb. Onlar FETÖ terror təşkilatı ilə əlaqədə günahlandırılıb. Əməliyyat zamanı isə 2 əsgər qaçaraq gizlənib. Onların axtarıldığı bildirilir.

Türkiyənin Kırıkkale vilayətində də keçirilən əməliyyat zamanı FETÖ ilə əlaqəli 12 nəfər saxlanılıb. Saxlanılan şəxslər polis və əsgərlərdir.

Türkiyənin Şırnak vilayətinin Beytüşşebap rayonunda keçirilənə məliyyat zamanı bələdiyyə sədri Kadir Güntepe saxlanılıb. Onu da FETÖ ilə əməkdaşlıq etməkdə günahlandırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru