Angela Merkel Türkiyəyə ümid belə vermədi
3-02-2017, 10:44
“Avropa İttifaqı və Türkiyə arasında vizasız rejimin bəzi aspektləri üzərində hələ işləmək lazımdır”.
Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyəyə rəsmi səfərdə olan Almaniyanın baş naziri Angela Merkel Türkiyənin baş naziri Binali Yıldırımla birgə mətbuat konfransında bildirib.
“Vizasız rejimin təmin olunması yolunda çox işlər görülüb, lakin bəzi bəndlər hələ də açıq qalmaqdadır, onlar hələ işlənilməlidir”, - deyə Merkel qeyd edib.
Xatırladaq ki, Türkiyə Avropa komissiyasında vizasız rejim üçün 4 ölkədən biri idi. Avropa komissiyasının vizasız rejim üçün Avropa parlamentinə və Avropa Birliyi Şurasına təqdim etdiyi ölkələrin sırasında Ukrayna, Gürcüstan və Türkiyə vardı. Onların sırasında da Türkiyə birinci idi. Bu gün Gürcüstan vizasız rejim üçün seçildi. Bir neçə həftə sonra Ukrayna da qəbul edilməlidir.
Qeyd edək ki, bu gün Almaniyanın baş naziri Türkiyəyə rəsmi səfər edib. Esenboğa hava limanında Merkeli Türkiyə prezidenti Ərdoğan qarşılayıb. 15 iyul hərbi çevriliş cəhdindən sonra ilk dəfədir ki, Merkel Türkiyəyə səfər edir.