17 yaşlı qız: "Atamdan hamiləyəm"

3-02-2017, 14:31           

İnternetdə yayılan təcavüz xəbərləri Türkiyədəki 17 yaşlı qıza ciddi şəkildə təsir edib. O, yayda atasının yanında tarlada işləməmək üçün iyrənc bəhanə tapıb.

17 yaşlı E.N. məhkəməyə müraciət edərək atasından şikayət edib. E.N. müraciətində qeyd edib ki, atasının təcavüzünə uğrayıb, hamilə qalıb, dərman içərək övladını düşürüb.

Qızın şikayətindən sonra atası saxlanılıb. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Onlar məhkəməyə çıxıblar. Qız ifadəsində yalan dediyini söyləyib.

"Tarlada işləməkdən yorulmuşdum. Bundan qaçmaq üçün belə bir yalandan istifadə etdim. Dediklərimin hamısını internetdən araşdırıb, öyrənmişdim. Dediklərimə görə çox peşmanam".

Məhkəmə 23 mart tarixinə ertələnib.

mənbə: milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru