Atatürk hava limanında atəş səsləri: şübhəli mikroavtobus... - VİDEO - FOTO

4-02-2017, 14:14           
Atatürk hava limanında atəş səsləri: şübhəli mikroavtobus... - VİDEO - FOTO

İstanbul Atatürk hava limanının girişində içərisində üç nəfərin olduğu bir mikroavtobus polisin "Dur" xəbərdarlığına məhəl qoymayınca təkərlərinə atəş açılıb. Mikroavtobus dərhal hərəkət istiqamətini dəyişərək sürəti artırıb.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, yaşanan hadisə ilə əlaqədar Terrorla Mübarizə Şöbə Müdirliyi (TEM) ilə Xüsusi Təyinatlı Şöbəyə məlumat verilib. Qaçmağa çalışan şəxsləri polislərin təqib etdiyi deyilir.

Hadisəylə bağlı taksi sürücüsü Saffet İgid "Şübhəli bir mikroavtobus polis postuna doğru gəldi. Polislər mikroavtobusdakıların hərəkətlərindən şübhələndi və onlara mikroavtobusu kənara çəkməsini xahiş etdilər. Sürücü dayanmayıb mikroavtobusu polislərin üstlərinə doğru sürüncə, polis atəş etməyə başladı" deyib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru