Türkiyədə İŞİD-lə əlaqədə şübhəli sayılan 500 nəfər saxlanılıb - YENİLƏNİB

5-02-2017, 18:26           
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli sayılan 500 nəfər saxlanılıb - YENİLƏNİB
Bu gün səhər saatlarından Başlayaraq Türkiyənin böyük şəhərlərində və rayonlarında İŞİ terror təşkilatının ölkədəki gizli şəbəkəsinə qarşı aparılan əməliyyat davam edir.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İŞİD terror təşkilatı ilə əlaqəli olmaqda şübhəli sayılaraq həbs edilənlərin sayı 500 nəfərə çatır.

Bu, Türkiyədə İŞİD-ə qarış aparılan ən böyük əməliyyat sayılır.

***

Bu gün Türkiyə hüquq-mühafizə orqanları İŞİD terror təşkilatının ölkədəki gizli şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçiriblər.

APA-nın verdiyi məlumata görə, səhər saatlarında Ankara, İstanbul, Bursa və İzmir başda olmaqla, bir çox şəhər və rayonlarda eyni vaxtda əməliyyat başlayıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində Ankarada 60, İstanbulda 18, Bursada 46 İŞİD üzvü olmaqda şübhəli sayılan şəxs saxlanılıb. Konyada 75 nəfərin saxlanılması barədə qərar var. Saxlanılan şəxslərin terror aktı törətməyə hazırlaşdıqları bildirilir.

Saxlanılanlardan 10-u uşaq olmaqla, 14 nəfər xarici ölkə vətəndaşıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.