Türkiyə sahillərində 5,3 bal gücündə zəlzələ baş verib. “Report” xəbər verir ki, ilkin məlumatlara görə, yeraltı təkanların episentri Heyvalıq yaşayış məntəqəsindən 57 km. şimal-qərbdə olub. Zəlzələnin ocağı 6,8 km. dərinlikdə qeydə alınıb. Hazırda ölkə hökuməti dağıntı və tələfat barədə məlumatları dəqiqləşdirir.