Türkiyədə atışma baş verib: 5 yaralı

8-02-2017, 08:40           
Türkiyədə atışma baş verib: 5 yaralı
Türkiyədə silahlı insident baş verib.

Musavat.com-un məlumatına görə, iki qrup arasında baş verən atışmada 5 nəfər yaralanıb. Hadisə Diyarbakır əyalətinin Kayapınar rayonunda, bir kafedə, axşam saatlarında baş verib. Məlumata əsasən, iki qrup arasında bilinməyən bir səbəbdən mübahisə yaranıb. Mübahisə qısa müddətdə davaya çevrilib. Silahlarını çıxaran tərəflər atəş açmağa başlayıblar.

Nəticədə 5 nəfər yaralanıb. Tərəflər arasında davanın davam etməməsi üçün yaralılar rayondakı fərqli xəstəxanalara aparılıb. Hadisə yerinə çox sayda polis cəlb olunub. Araşdırmalar davam edir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru