Ərdoğandan referendum açıqlaması:"Oxuyub rədd etmək, yaxud təsdiqləməklə iş bitmir”
8-02-2017, 08:48
"Bu həftə ərzində qərarımızı verəcəyik".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan referendumla bağlı açıqlamasında deyib.
“Konstitusiya Komissiyasında dəyərləndirmələr aparılıb. Mən də prezident olaraq bunlara baxış keçirməli, mövcud şərtlər daxilində dəyərləndirmə etməliyəm. Sadəcə oxuyub rədd etmək, yaxud təsdiqləməklə iş bitmir”, – Ərdoğan bildirib.