Dövlətin gizli sənədlərini Fətullah Gülənə kim verib? — Sirr pərdəsi aralanır
10-02-2017, 12:18
Türkiyədə dövlətin gizli sənədlərinin Fətullah Gülənə kim tərəfindən verildiyi üzə çıxıb
"Ölkə.Az" xəbər verir ki, "Kosmik Otaq"-dakı dövlətin gizli sənədlərini Fətullaha Ünal Tatar ötürübmüş.
Fətullahçı terror təşkilatının ən böyük cinayətlərindən biri olaraq "Kosmik Otaq"dakı sənədlərin götürülməsi göstərilir. Dövləti idarə edən şəxslərdən birinə sui-qəsd təşkil ediləcəyi bəhanəsi ilə otağa girib gizli sənədləri ələ keçirmişdilər. Sonra isə bu sənədlər ölkədən çıxarılaraq Fətullah Gülənə göndərilmişdi.
"Kosmik Otaq"-dan çıxarılan dövlətin müharibə planları xüsusi səlahiyyətli şəxslər vasitəsilə Ünal Tatara verib. Ünal Tatar isə məlumatları Pensilvaniyaya, Fətullah Gülənə ötürüb. Bu xəyanət əməliyyatında ordu baş qərargahının ədliyyə müşaviri Muharrem Kösə də iştirak edib.