ABŞ kəşfiyyat şefinə Türkiyədə sui-qəsd PLANI – SENSASİYA

10-02-2017, 12:54           

Türkiyə polisi dünən İŞİD qruplaşmasına bağlı olduğu ehtimal edilən dörd nəfəri həbs edib.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslər Türkiyədə sensasiyalı terror aktı hazırlamaqda şübhəli bilinilər.

Məlumata görə, Qaziantepdə 150 kiloqram partlayıcı maddə ilə saxlanılanların 24 yerdə terror aktı törədəcəyi ehtimal olunurdu.

Burada ən diqqət çəkən məqam isə dünən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Mayk Pompeonun Türkiyədə səfərdə olması idi. Rəsmi məlumata görə, CİA rəhbəri Türkiyədə terrorizmlə mübarizə məsələsini müzakirə edib. Ehtimallar var ki, terror qruplaşmasının hədəflərindən biri də CİA rəhbəri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru