Hollandiya türk hərbçilərin sığınacaq müraciətinə müsbət cavab verib

14-02-2017, 13:11           
Hollandiya türk hərbçilərin sığınacaq müraciətinə müsbət cavab verib
Hollandiya Avropa ölkələrində hərbi xidmətdə olan bir qrup türk hərbçinin siyasi sığınacaqla bağlı müraciətinə müsbət cavab verib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, həbs olunmaq ehtimalı olan hərbçilər Türkiyəyə qayıtmaqdan imtina ediblər. Sayları açıqlanmayan hərbçilərin 18 ay ərzində Hollandiyada qalmasına razılıq verilib. Hollandiya bu müddətdə həmin hərbçilərin günahsız olub-olmadığını araşdıracaq. Günahsız olduqları sübuta yetiriləcəyi təqdirdə onlar ailələri ilə birlikdə Hollandiyada yaşamaq icazəsi əldə edəcək, Türkiyəyə təhvil verilməyəcəklər.

Bildirilir ki, rəsmi Ankara həmin hərbçilərin ölkəyə qayıtmasını tələb edib. Onlar isə həbsdən çəkinərək sığınacaq istəyiblər. Hollandiya dövlət televiziyası 15 iyul - hərbi çevrilişə cəhd hadisəsindən 100-dən çox türk hərbçinin xaricdən siyasi sığınacaq istədiyini açıqlayıb.

Almaniya mətbuatı NATO-da xidmətdə olan ən az 40 türk hərbçinin bu ölkədən sığınacaq istədiyini yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru