İstanbulda partlayış baş verdi

15-02-2017, 09:11           

Türkiyənin İstanbul şəhərində partlayış baş verib.

Musavat.com-un məlumatına görə, partlayış Beyoğlu səmtində bir emalatxanada meydana gəlib. Partlayışın səsi Taksim meydanında və Şişli səmtində eşidilib, partlayışın gücündən isə binanın pəncərələri qırılaraq yerə səpələnib. Məhəllə sakinləri səsdən panikaya düşərək polisə zəng ediblər. Hadisə yerinə çox sayda polis və yanğınsöndürən gəlib.

Hadisə ilə bağlı araşdırmaya başlayan polislər ölən və yaralananın olmadığını bildiriblər. Partlayışın nə səbəbdən meydana gəlməsi hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru