İqdırda avtobus qəzasında ölənlərdən beşi azərbaycanlıdır - İqdır qubernatoru

20-02-2017, 17:51           
İqdırda avtobus qəzasında ölənlərdən beşi azərbaycanlıdır - İqdır qubernatoru
İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada həyatını itirən 8 nəfərdən 5-i Azərbaycan vətəndaşıdır.

SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İqdır qubernatoru Əhməd Turqay Alpman açıqlayıb.

Alpman bildirib ki, hadisə nəticəsində yaralanan 28 nəfər İqdır və Aralık dövlət xəstəxanalarında müalicə edilir: “Qəzada ölənlərdən 3-ü Türkiyə, 5-i Azərbaycan vətəndaşıdır. Yaralıların çoxu azərbaycanlılardır. Yaralılardan beşinin vəziyyəti ağırdır.Hadisə nəticəsində ölən sürüclərdən başqa digər 6 nəfərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hadisə nəticəsində 28 nəfər yaralandığını, onlardan 26-sının Azərbaycan vətəndaşı olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru