PKK gün gündən quduzlaşır- 1 gündə 5 silahlı hücum

4-08-2015, 10:45           
PKK gün gündən quduzlaşır- 1 gündə 5 silahlı hücum
PKK terror təşkilatı ötən gecə Türkiyənin müxtəlif bölgələrində 5 silahlı hücum həyata keçirib.

APA-nın məlumatına görə, terrorçular Bingöl vilayətinin Kığı qəsəbəsində yola basdırdıqları minaları hərbi maşın karvanının keçidi zaman partladıblar. Hadisə nəticəsində ölən və ya yaralanan olmasa da, zirehli avtomobillərdən birinə ciddi ziyan dəyib.
Diyarbəkir vilayətində tikintisi davam edən Silvan su anbarına raket atılıb. Raket işçilərin yeməkxanasına düşüb. Hadisə zamanı insan tələfatı olmayıb. Təhlükəsizlik qüvvələri əməkdaşları hücumçulara cavab atəşi açıb və atışma başlayıb. 15 dəqiqəlik atışmadan sonra terrorçular hadisə yerindən qaçıblar.
Vilayətin Qulp polis idarəsinə də raketli hücum olub. PKK terrorçularına cavab atəşi açılıb. Hələlik insan tələfatının olub-olmadığı məlum deyil.
Terrorçular Mardin vilayətinin Nuşaybin qəsəbəsində 1 yanacaq daşıyan avtomobil və 1 yük maşınını saxlatdıraraq, sürücüləri avtomaşınlardan endiriblər. Maşınlara od vuran terrorçular hadisə yerindən qaçıblar.
Hakkarinin Cukurca rayonunda isə Jandarm Komandanlığına atəş açılıb. Bütün bölgələrdə terrorçuların yaxalanması üçün bölgədə əməliyyata başlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.