Türkiyədə xüsusi əməliyyat - 2 mindən çox adam saxlanıldı

4-08-2015, 19:19           
Türkiyədə xüsusi əməliyyat - 2 mindən çox adam saxlanıldı
Onların arasında xarici vətəndaşlar da var.

Türkiyə polisi “İslam Dövləti”, “Kürdistanın İşçi Partiyası” (KİP) və “Xalqın Azadlığı İnqilab Cəbhəsi”nə qarşı istiqamətlənmiş əməliyyatlar zamanı təxminən 2,6 min nəfəri saxlayıb, Türkiyənin Moskvadakı səfirliyindən bildirilib.
“Bu günə qədər 47 vilayətdə aparılan əməliyyatlar zamanı 2598 nəfər saxlanılıb, onların içində xarici dövlətlərin vətəndaşları da var”, - Türkiyənin RF-dakı səfirliyindən çərşənbə axşamı “İnterfaks”a bildiriblər. Oxu.Az səfirlik nümayəndəsinin sözlərinə istinadən xəbər verir ki, əməliyyatlar İD vasitəçilərinin şəbəkəsinin, təxribatçıların və hər hansı aksiyalar keçirə biləcək özəklərin, eləcə də yaraqlıların zərərsizləşdirilməsinə yönəlib:

“Son aylarda İD və digər radikal ruhlu qruplara qarşı ilk əməliyyatlar zamanı 600 nəfər saxlanılıb, onlardan 100 nəfəri həbs edilib. Son əməliyyatlar nəticəsində İD ilə əlaqədə şübhəli bilinərək saxlanılan şəxslərin sayı 130 nəfər olub. Onların ikisinin terrorist-kamekadze olduqlarına dair şübhə olub. Bu əməliyyatlar davam edir”, - agentliyin həmsöhbəti bildirib. Diplomatik nümayəndəliyin əməkdaşı qeyd edib ki, Türkiyə İD və KİP Suriya və İranda yerləşən mövqelərinə qarşı hərbi əməliyyatlar aparır.
Onun sözlərinə görə, BMT və digər təşkilatlar bu əməliyyatlara dair mütəmadi olaraq məlumat alırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.