PKK hazırda yalnız özünə qarşı olan hücumlara cavab verir. Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə PKK terror təşkilatının İcra Komitəsinin üzvü Duran Qalxan deyib. O, Türkiyə ilə əldə olunan atəşkəsi PKK-nın pozmadığını bildirib: “Son günlərdə HDP ilə CHP atəşkəsin əldə olunması barədə çağırışlar edirlər. Bəzi demokratik dairələr də çağırış edirlər ki, tərəflər əvvəlki vəziyyətə qayıtsınlar və tətikdən əllərini çəksinlər. Bilin ki, bu qarşıdurmanı biz yaratmadıq. Bunu heç kim sübut edə bilməz. Ortada bizə qarşı törədilmiş Amed və Suruç qırğınları, bu qədər həbs və təzyiqlər var. Partizanlarımız isə hələ əllərinə silah almayıb. PKK hazırda yalnızca özünə qarşı olan hücumlara cavab verir”. Xatırladaq ki, PKK Türkiyədə hər gün bir neçə terror aktı və hücum həyata keçirir.