ürkiyədə PKK terror təşkilatının törətdiyi təxribatlar davam etməkdədir.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu dəfə Şırnak vilayətinin Cizre rayonunda avtomobil yoluna basdırılmış minanın partlaması nəticəsində sivil vətəndaşları aparan avtobus partlayıb. Hadisə nəticəsində avtobusun sürücüsü həlak olub. Partlayışın baş verdiyi yerdə çuxur yaranıb. Bildirilir ki, mina PKK-nın gənclər təşkilatı YPG-H üzvləri tərəfindən polislərin həmin əraziyə girməsini əngəlləmək ora basdırılıb. Qeyd edək ki, Türkiyədə bir neçə gündür PKK güclü təxribatlar törədir. Türkiyə ordusunun bir neçə hərbçisi də terrorun qurbanı olub.