Tatlısəs PKK-ya "od püskürdü" - "Daha bəsdir, bəsdir..."

21-08-2015, 23:31           
Tatlısəs PKK-ya "od püskürdü" - "Daha bəsdir, bəsdir..."
Amerikaya gəldim, amma əhvalım sıfırdır. 12 gəncimizi torpağa tapşırmışıq.


Axar.az xəbər verir ki, bunu müğənni İbrahim Tatlısəs PKK-nın hücumları nəticəsində həlak olan əsgərlər barəsində sosial şəbəkədə yazıb. Türk musiqisinin imperatoru baş verənlərə görə əsəblərinə hakim ola bilməyib: “Analar, bacılar ağlayıb, ürəkləri dağlanıb... Mən indi müalicəyə gəlmişəm, onun dərdini çəkim, yoxsa ürəyi qan ağlayan ana-atalarımızın? Daha bəsdir, bəsdir, bəsdir…”

Qeyd edək ki, Türkiyədə PKK terror təşkilatının hücumlarının sayı artıb. Demək olar ki, hər gün bir neçə şəhid verən Türkiyə bir aya yaxındır anti-terror əməliyyatı aparır. -












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru