MHP lideri Dövlət Baxçalı növbədənkənar seçki qərarından sonra fövqaladə iclas çağırıb.
İclas Ankarada MHP-nin baş qərargahında keçiriləcək. Fövqaladə iclasın həftənin çərşənbə günü baş tutacağı bildirilir.
Qeyd edək ki, baş nazir Əhməd Davudoğlu hökumət qurmaq səlahiyyətini prezident Rəcəb Tayyib Ərdoğana təhvil vermişdi. Bundan sonra növbədənkənar seçki gündəmə gəlib. (musavat)