PKK Türkiyədə 40 qızı oğurladı

23-08-2015, 12:08           
PKK Türkiyədə 40 qızı oğurladı
PKK-çılar Türkiyədə 40 qızı oğurlayıb.

Musavat.com-un məlumatına görə, bu barədə Ağrı əyalətinin valisi Musa Işın məlumat verib. Jurnalistlərə açıqlama verən Işın bildirib ki, PKK terrorçuları kürd xalqının müqəddəs dəyərlərinə toxunur, kürdləri yox etməyə çalışır.

Işın deyib: “PKK-çılar sizin adınızdan istifadə edərək sizi öldürür, qızlarınızı oğurlayıb dağdakı baronların qabağına atır. Kürdlərin müqəddəs dəyərlərinə müharibə elan edən bir təşkilat kürdlərin haqqını qoruya bilməz. Bir vilayətdə gecə vaxtı qadınları iclas adı ilə çağırırlar. Ərləri narazılıq edəndə də ölümlə təhdid edilirlər. Əyalətlərimizin birində 40 qız oğurlanaraq dağa qaçırılıb zorlanıb. Onları “Bu vəziyyətdə evə qayıda bilməzsiniz” deyərək zorla dağda saxlayırlar”.

Işın bildirib ki, PKK insanları namusları ilə təhdid edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru