Türkiyədə separatçı dövlət adamları həbs olundu

23-08-2015, 12:44           
Türkiyədə separatçı dövlət adamları həbs olundu
Türkiyədə qondarma muxariyyət bəyanatı verən 5 separatçı kürd hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. ANS PRESS-in məlumatına görə, saxlanılanlardan 3 nəfəri inzibati işdə vəzifəli olan dövlət adamlarıdır. Onların Diyarbəkir vilayəti Sur rayonunun bələdiyyə sədri Seyid Narin və onun müavini Fatma Şık Barut, həmçinin Silvan rayonu bələdiyyə sədri Yüksel Bodakçı olduğu bildirilir. Bundan başqa Demokratik Bölgələr Partiyasının (DBP) Sur rayonu üzrə həmsədri Əli Rza Çiçəkli, Günəş Ölməz, Əbdülmətin Bayram və Həsən İrmak da saxlanılanlar arasındadır.

Prokurorluqda verdikləri ifadədən sonra Türkiyə Cəza Qanunu 302-ci, dövlətin birliyi və ölkənin bütövlüyü maddəsinin tələbi ilə barələrində həbs-qətimkan tədbiri seçilən Seyid Narin, Yüksel Bodakçı, Fatma Şık Barut, Əli Rza Çiçəkli və Günəş Ölməz həbs olunmaq üçün məhkəməyə göndəriliblər.

Əbdülmətin Bayram və Həsən İrmaq isə azadlığa buraxılıblar. Həmin istintaq çərçivəsində daha 4 nəfərin saxlanılaraq məsuliyyətə cəlb olunması üçün axtarış davam edir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.