Kürdlərlə İŞİD-in məxfi birliyi üzə çıxdı – Türkə qarşı
23-08-2015, 19:36
Suriyadakı müxalif qruplardan Cəbhətül Şamın türkman komandirlərindən Zəkəriyyə Qarslı PYD ilə İŞİD arasında məxfi ittifaq olduğunu iddia edib. Axar.az xəbər verir ki, hərbçinin sözlərinə görə, PYD Ayn əl Ərəb və Fərat bölgəsini bir güllə belə atmadan İŞİD-dən alıb: “İŞİD bölgədən çəkildikdən sonra ABŞ liderliyindəki beynəlxalq koalisiya təyyarələri ərəb və türkman kəndlərini bombaladı. Beləcə, “PYD bölgəni İŞİD-in əlindən aldı” kimi fikir formalaşdı. Bundan başqa, bir müddət əvvəl PYD-nin nəzarətinə keçən Tel Abyad mahalına bağlı 12 kənddə yaşayan türkmanlar PYD və PKK tərəfindən təcrid olundu, boşalan yaşayış ərazilərinə isə İraqın şimalındakı kürdlər yerləşdirildi”. Hərbçinin sözlərinə görə, türkman kəndləri terrorçular tərəfindən məqsədli şəkildə boşaldılıb: “İŞİD terrorçularu türkman kəndlərini məqsədli şəkildə tərk edirdi. Rojava layihəsi çərçivəsində Suriyanın şimalında Kürdüstan qurulacaq. Amma biz buna imkan verməyəcəyik”.