Sinan Oğan MHP-dən çıxarıldı

26-08-2015, 19:49           
Sinan Oğan MHP-dən çıxarıldı
Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvü olan keçmiş millət vəkili Sinan Oğan partiyadan xaric edilib. APA-nın “Bugün” qəzetinə istinadən verdiyi məlumata görə, qərar MHP İntizam Komitəsinin iclasında səs çoxluğu ilə qəbul olunub.

Qeyd edək ki, Beynəlxalq Əlaqələr və Strateji Analitika Mərkəzinin (TÜRKSAM) rəhbəri olan Sinan Oğan 12 iyun 2011-ci il seçkilərində MHP-dən İğdır millət vəkili seçilmişdi. Əslən azərbaycanlıdır. O, partiya daxilində müxalif mövqeyi ilə fərqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru