Alparslan Türkeşin oğlundan Baxçəliyə şok zərbə - Davudoğlunun təklifini qəbul etdi

27-08-2015, 00:01           
Alparslan Türkeşin oğlundan Baxçəliyə şok zərbə - Davudoğlunun təklifini qəbul etdi
MHP-nin qurucusu Alparslan Türkeşin böyük oğlu, partiyanın Ankaradan olan millət vəkili Toğrul Türkeş baş nazir Əhməd Davudoğlunun müfəqqəti hökumətdə nazirlik təklifini qəbul edib.

Avropa.info xəbər verir ki, Toğrul Türkeş Davudoğlu ilə telefonla danışıb. Baş nazir Davudoğlu, təklifi qəbul etdiyi üçün ona təşəkkür edib.

Qeyd edək ki, keçid hökumətində MHP-yə 3 nazir yeri düşür. Nazir vəzifəsi təklif olunan digər MHP-çilər Kənan Tanrıkulu və Maral Akşənər təklifi qəbul etməyib.

Qeyd edək ki, Toğrul Türşek həmçinin MHP-nin İdarə Heyətinin üzvüdür. MHP sədri Dövlət Baxçəli və Toğrul Türkeş arasında zaman-zaman narazılıqlar yaşanıb.1997-ci ildə Toğrul Türkeş MHP sədrliyinə seçkilərdə Baxçəliyə məğlub olub. Bundan sonra partiyadan ayrılıb. 2007-ci ildə isə onlar barışıblar və Toğrul Türkeş MHP-dən millət vəkili seçilib.

Xatırladaq ki, Baxçəli seçim hökumətində iştirak etməyəcəklərini açıqlamışdı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru