AKP-nin keçici hökumət nazirlərinin adları MEDİAYA SIZDI
28-08-2015, 13:14
Hafta.az-ın Habertürk-ə istinadən verdiyi xəbərə görə, Türkiyədə AKP-ni keçici hökumətdə təmsil edəcək nazirlərin adları mediaya sızıb.
Belə ki, yeni hökumətin qurulması baş nazir Əhməd Davudoğluna tapşırılsa da, “üçüncü əl” hələlik gizli saxlanan adları mediaya ötürə bilib. Yayılan məlumata görə, Davudoğlu hazırkı nazirlərdən 9-u yeni hökumətdə təmsil olunmayacaq. Ancaq bunun xaricində mövcud kabinetin skeletinin qorunacağı məlum olub.
Belə ki, baş nazirin hazırkı müavinləri Yalçın Akdoğan və Numan Kurtuluş, maliyyə naziri Mehmet Şimşək, iqtisadiyyat naziri Cevdet Yılmaz, təhsil naziri Nabi Avcı, gömrük naziri Lütfü Elvan yenə də keçici hökumətdə nazir olaraq qalacaqlar.
AKP kulislərində iki millət vəkili İbrahim Turhanla Mehmet Özhasekinin də adları keçici hökümətdə nazir postlarına namizəd olduğu iddia olunur.
Mənbənin verdiyi xəbərə görə, baş nazir Davudoğlu dəqiq siyahını prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra açıqlayacaq.