Fətullah Gülən özünü İmam Hüseyinlə müqayisə etdi - Cəfəngiyyat

28-08-2015, 21:16           
Fətullah Gülən özünü İmam Hüseyinlə müqayisə etdi - Cəfəngiyyat
Türkiyədə "paralel dövlət" qurmaqda ittiham olunan və ABŞ-ın Penselvaniya ştatındakı dəbdəbəli iqamətgahında yaşayan Fətullah Gülən özünü Məhəmməd Peyğəmbərin (s.a.s) nəvəsi İmam Hüseyinlə (r.a) müqayisə edib.

Avropa.info xəbər verir ki, Fətullah Gülən xütbəsində AKP iqtidarını tənqid edərək, prezident Ərdoğanı Yezidlə eyniləşdirib.

"Zavallı Yezidi müxtəlif cür pisliklərə sövq edən o fikir idi. Özünü bir şey zənn edirdi və Əhli Beytdən olan qırx, əlli insanı "paralel" görərək Kərbəlada onların canlarına qıydı, qanlarını tökdü."

Fətullah Gülən həmçinin Ərdoğan hakimiyyətinə qarşı mübarizə aparacağı və heç bir zaman üzr istəmədiyini də deyib.

"Bizim qüsurumuz, Haqqın verdiyi geniş imkanlardan lazımınca qiymətləndirməmiş olmaqdır. Yoxsa kim Həzrəti Hüseyn və ətrafının Yeziddən üzr istədiyini görüb?"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru