Türkiyəyə qarşı qurulan müdhiş plan - Pərdəarxası
29-08-2015, 12:21
Türkiyəyə siyasət, media, sərmayə və terror üzərindən müdhiş bir tələ qurulub. Axar.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist İbrahim Qaragül yazıb. Türkiyə gündəmini dəyərləndirən Qaragül üzdə AKP-ni iqtidardan uzaqlaşdırmaq üçün qurulan planın əsil mahiyyətini açıb: “Türkiyəni uçuruma sürükləmək, keçmiş iqtidar dəstəsini təkrar ayağa qaldırmaq və ölkəni yenidən çıxılmaz nöqtəyə sıxışdırmaqla asan idarəçiliyə nail olmaq istəyirlər. “Qısa dövrlük iqtidar” planları quruldu, media vasitəsilə ara bilərəkdən qarışdırıldı. Nəticədə isə Türkiyənin zəif nöqtələrində yer alan terror təşkilatları yaranmış cəbhənin əsas ünsürünə çevrildi. İndiyə qədər ölkənin siyasi tarixində keçmiş hökumət düşmənlərini, MİT-lə ortaq hərəkət edənləri və terror təşkilatlarını bir-birinə yaxınlaşdıran bu qədər güclü işlənmiş bir plan olmamışdı. Bu, kürd və ələvi kimliyini bir şantaj olaraq ölkənin önünə qoyanların “intellektual terror”udur. Türkiyəni daxildən və xaricdən idarə edən iradə var. Bu iradə isə I Dünya savaşında Osmanlını parçalayan və yüz ildir ki, Türkiyəni Anadoluya sıxışdıran iradədir. Əsas təhdid məhz bundan ibarətdir. Görünən odur ki, Türkiyəni zəiflətmək üçün bu təhdiddə Misir təcrübəsindən yararlanmağa çalışırlar”.