İran-ABŞ gərginliyinə Rusiya baxışı- Sevil Nuriyevanın təhlili
13-01-2020, 04:51
Sevil NURİYEVA İSMAYILOV,
Star.com.tr
Son dönəmlərdə ortada xeyli şərhlər dolaşır. Xüsusən də iranlı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi ilə bağlı İrandan verilən qarşılıq düşündürücüdür.
Ağlımıza bir çox sual gəlir! İranda insanlarla rejim arasındakı soyuq külək əsintiləri yerini bir-birinə möhkəm bağlanan birliyə tərk etdi. Ölkə daxilində barəsində müxtəlif fikirlərin səsləndirilməsinə və müxaliflərinin də olmasına baxmayaraq, Süleymani müxtəlif cəbhələri bir araya gətirə bildi.
Müvəqqəti olsa da, İran öz daxilində birləşdi. İran imicinə vurulan zərbəyə cavab verməyin ağıllı yolunu tapdı. Amerika obyektlərini hədəf alan raketlər də, xoşbəxtlikdən, heç kimə zərər vermədi!
Tramp İranın sakitləşməsi üçün qapı açdı. Bu raketlər İran daxilindəki gərginliyi də azaltdı.
İranda böyük müvəffəqiyyət və qələbə kimi təqdim olunan bu vəziyyət ABŞ üçün heç kimin kefinin korlanmadığı mənzərə yaratdı.
İrandan gələn mesajlara baxdıqda, inqilab keşikçiləri sərt, Ruhani siyasi, xarici işlər naziri Zərif diplomatik dildən istifadə edərək, İranın münasibətini göstərmiş oldu.
Bəli, bölgədəki yeni müharibə mühiti heç kimə lazım deyil. İran qonşudur və orada yarana biləcək hər hansı bir problem ətrafı və bizi maraqlandırmalıdır.
Rusiya durumu səssizcə izləyəcək kimi görünməsə də, “kimin əli kimin cibindədir” sualına cavab axtarır. Təhlillərinə baxdığımızda isə bu gərginliyin Rusiya üçün yer açdığı görülür. Doğrudanmı, belədir?
Liviya mövzusunda Türkiyə ilə ortaq xətt yürütmək istəyən Putin Aralıq dənizində varlığını qalıcı hala gətirməyin hayındadır!
Əslində Suriyanın İranın varlığını o qədər də həzm etmədiyini bilirik. Lakin İran Rusiya üçün çox əhəmiyyətlidir. İllər əvvəl “İranla bağlı bir durum, bir savaş olarsa, oradakı azərbaycanlıların taleyi ilə maraqlanacağıq” fikri öz-özlüyündə İrana mesaj idi. Özü də təkcə İrana deyil!
Liviya mövzusunda Türkiyə ilə uzlaşmaq dolayısı ilə İsrail, Misir və Yunanıstanın ortaq fəaliyyətlərinə təpik atmaqdır.
Unutmaq olmaz ki, Rusiya Cənubi Kiprlə bağlı uzun müddət iş görüb. Lakin rumlar və Yunanıstan ABŞ-ın təzyiqi ilə rusları oradan atıblar. Dolayısı ilə Rusiya Aralıq dənizidəki varlığını qalıcı hala gətirmək üçün Türkiyə ilə razılaşmalıdır. Türkiyəni öz qarşısına almayacağını isə uzun zamandan bəri nümayiş etdirir.
Həftər tərəfindən dəstəklənən görüntü, Vaqner vasitəsilə məkanda olması bazarlıq gücü üçün lazım idi. Necə ki, yeri və zamanı gələndə bundan istifadə etdiyini və edəcəyini bizə göstərdi.
Putinin “Türk axını”nın açılışında işlətdiyi bir cümlə əsas cümlə idi! Putin dedi ki, hamı bu coğrafiyanı daha da gərginləşdirmək istəyir. Lakin Rusiya və Türkiyə başqa mövqe sərgiləyir. Yəni, Putin demək istəyir ki, mən bu coğrafiyada olacağam və Türkiyə ilə hərəkət edəcəyəm.
Görəsən, ABŞ-İran gərginliyinin görüntüsü ilə məzmunu arasındakı fərqə görəmi Putin ortağının Türkiyə olduğunun mesajını verdi? Putin həmişə bir neçə ortağın adını çəkərdi. Amma indi başqaları və Rusiya-Türkiyə deyə bəhs edir. Bəli, ABŞ-İran gərginliyi bizə fərqli durumlar haqqında da məlumat verir.
İngiltərənin İran məsələsinə dair mesajı düşündürücü idi. ABŞ və İngiltərə Orta Şərqdə fərqli mövqedə olacaq?
Aydın məsələdir ki, heç kim İranla vuruşmaq istəmir. Eyni zamanda İran da ABŞ-la savaş istəmir. Bu gərginlik nəyi diktə edəcək, onlara diqqət yetirməkdə fayda var.
Rusiyanın Suriya mövzusunda “sinifdə qaldığı” aydındır. Xüsusilə, İdlib dramını Rusiyasız şərh etmək olmaz. Türkiyə faktoru bu problemi həll edə bilərmi? Əsədin dirənməsi gündəmdən düşməsə, bu suala cavab vermək asan olmayacaq! Rusiya yaxın perspektivdə bu məqamı hər fürsətdə gündəmə gətirəcək.
Aralıq dənizində mövcudluğunun əsas dayağı olan Suriya və Əsədi başqa alternativlər müşayiət etsə, bu suala yenidən qayıda bilərik!
Tərcümə Strateq.az-ındır
Mətnin orijinalı bu linkdə:
https://www.star.com.tr/yazar/iran-abd-gerilimi-ve-rusyanin-bakis-acisi-yazi-1506065/