190 manat nə vaxt veriləcək? - "Hökumətin qərarı hələ yoxdur"

16-12-2020, 14:34           
190 manat nə vaxt veriləcək? -
Məlum olduğu kimi, ölkədə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb.

Həmçinin 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək sərt karantin və vətəndaşların küçəyə çıxışı üçün SMS icazə sistemi tətbiq edilib. Tətbiqi nəzərdə tutulan məhdudiyyətlər və qapanmalar səbəbindən iqtisadi fəallıq aşağı düşür. Bu baxımdan, əvvəlki sərtləşdirilmiş karantin dövrlərində olduğu kimi ehtiyacı olan vətəndaşlara yenidən 190 manat yardım göstəriləcək. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlamasında bildirmişdi. Amma bununla bağlı müvafiq qərar hələ olmasa da, əvvəlki sərt karantin dövrlərində ehtiyacı olan vətəndaşlara və zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım paketləri tətbiq olunub.

Qeyd edək ki, əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı ölkə üzrə müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstərilib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Cebhe.info-ya açıqlamasında deyib ki, ehtiyacı olan vətəndaşlara 190 manat birdəfəlik yardımın göstərilməsi ilə bağlı hələ Nazirlər Kabinetinin qərarı yoxdur:

“Nazirlər Kabineti yanında Operativ Qərargah 190 manatın veriləcəyini bildirib. Nazirlik olaraq bunun icrasına başlamaq üçün Nazirlər Kabinetinin qərarını gözləyirik. Qərar verilən andan etibarən icra olunacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.