ABŞ korporasiyaları qlobal hökmranlıq üçün internetə təkbaşına nəzarət edirlər

25-07-2023, 10:44           
ABŞ korporasiyaları qlobal hökmranlıq üçün internetə təkbaşına nəzarət edirlər
Patruşevin fikrincə, rəqəmsal mühitdə dövlətlərin suverenliyi və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan universal beynəlxalq hüquqi rejimin formalaşmasına birgə səy göstərmək lazımdır.
ABŞ korporasiyaları qlobal dominantlıqları naminə internetə faktiki olaraq təkbaşına nəzarət edirlər, BRİKS ölkələri və onların tərəfdaşları üçün Ümumdünya Şəbəkəsinin idarə edilməsinin beynəlmiləlləşdirilməsi istiqamətində birgə hərəkət etmək vacibdir. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev RİKS-in dost dövlətlərinin təhlükəsizlik məsələlərinə cavabdeh olan Bnümayəndələrinin Yohannesburqda keçirilən görüşündə bildirib.
"Bu gün internet idarəçiliyi faktiki olaraq Amerika korporasiyalarının vahid nəzarəti altında qalır. İnternet məkanının tənzimlənməsi sahəsində bu cür monopoliya vasitəsilə Birləşmiş Ştatlar qlobal dominantlıq üçün özünün neokolonial iddialarını təbliğ edir", - Patruşev deyib.
"Biz qlobal şəbəkənin idarə olunmasının beynəlmiləlləşdirilməsi istiqamətində birgə hərəkət etməyi, bu proseslərdə inkişaf etməkdə olan dövlətlərin təmsilçiliyini və rolunu artırmağı vacib hesab edirik", - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi əlavə edib.
Patruşevin sözlərinə görə, rəqəmsal mühitdə dövlətlərin suverenliyi və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan universal beynəlxalq hüquqi rejimin formalaşmasına birgə səy göstərmək lazımdır.
Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru