“Vor zakon” saxta Azərbaycan pasportu ilə sərhəddə tutuldu

28-08-2017, 19:24           
“Vor zakon” saxta Azərbaycan pasportu ilə sərhəddə tutuldu
Rusiya ilə Gürcüstan arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsini saxta sənədlərlə keçmək istəyən gürcü "qanuni oğru” tutulub. Virtualaz.org xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsindən verilən məlumata görə, o, gürcü kriminal aləminin tanınmış liderlərindən biridir.

Saxlanılan şəxsin pasport nəzarətindən keçən zaman Rusiya xarici pasportunu təqdim etdiyi bildirilir. Sərhədçilərin sənədlərlə bağlı suallarını görüncə, o, daha bir pasport çıxarıb. Həmin pasportda isə onun Azərbaycan vətəndaşı olduğu qeyd olunub. Bundan başqa onun üzərində bir neçə saxta sənəd də aşkarlanıb.

Sərhədi saxta sənədlə keçmək istəyən Gürcüstan vətəndaşını təhqiqatçılar tərəfindən saxlanılıb. Onun dəfələrlə cinayət törətdiyi və daha əvvəl də azadlıqdan məhrum edildiyi məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru