Rusiya agentinin qızından SON XƏBƏR

30-03-2018, 00:18           

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripalın qızı Yuliyanın şüuru yerinə gəlib və hazırda danışır.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən BBC telekanalı bildirib.

“O, müalicəyə yaxşı reaksiya verib, amma biz ona gecə-gündüz rejimində ixtisaslaşdırılmış tibbi yardım göstərməyə davam edirik”, - həkim Kristina Blanşard əlavə edib.

Sergey Skripal sabit kritik vəziyyətdə qalır.

Xatırladaq ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripal və onun qızı martın 4-də İngiltərənin Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru