Mətbuatda vəzifəli şəxslər barəsində yayımlanan yazılar araşdırılır -BAŞ PROKUROR

14-03-2021, 12:26           
Mətbuatda vəzifəli şəxslər barəsində yayımlanan yazılar araşdırılır -BAŞ PROKUROR
Korrupsiyaya qarşı mübarizədə mətbuatın da rolu böyükdür.

Teref.az Report.az-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, mətbuatda müxtəlif vəzifəli şəxslər tərəfindən korrupsiya hallarına yol verilməsi barədə yayımlanan məlumatlar araşdırılır və həmin məlumatlar öz təsdiqini tapdığı halda müvafiq tədbirlər görülür:
“Həmçinin vətəndaşlarla ünsiyyətin yeni formatı olan Baş Prokurorluğun rəsmi sosial media hesablarında keçirilən #sualcavab sessiyaları zamanı korrupsiya hüquq pozmaları barədə məlumatlar da daxil olmaqla qəbul edilən çoxsaylı müraciətlərə baxılır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tam, obyektiv və hərtəfərli araşdırmanın aparılması təmin olunur”.
Baş prokuror bildirib ki, korrupsiya şəbəkələrinin aşkarlanması barədə məlumatların ictimailəşdirilməsi, cinayətin cəzasız qalmadığının cəmiyyətə çatdırılması müəyyən mənada şəxsləri cinayət törətməkdən çəkindirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru