Ermənistanda ŞOK: Dövlət agentliyində İlham Əliyevin "Qarabağ Azərbaycandır!" nitqi YAYIMLANDI

14-03-2021, 12:56           
Ermənistanda ŞOK:
Ermənistanın dövlət informasiya agentliyi Armenpress-in saytını hakerlər sındırıblar.

Teref.az xəbər verir ki, “Sputnik Ermənistan” bunu azərbaycanlı hakerlərin etdiyini yazıb.

“Armenpress”in saytında bir saatdan artıq müddətdə Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” nitqi olan videoyazısı yayımlanıb.

Erməni mətbuatı son zamanlar Azərbaycan və Türkiyədən erməni xəbər saytlarına kiberhücumların artdığını yazır. Onların iddiasına görə, İkinci Qarabağ müharibəsi zamanı hətta Whatsapp-ın erməni istifadəçilərinin hesabları da sındırılıb.

2020-ci ili Ermənistanın informasiya təhlükəsizliyi sferasında ən ağır il kimi qeyd edirlər. Mediaekspert Samvel Martirosyan hətta iddia edib ki, kiberhücumlar nəticəsində DİN, Müdafiə Nazirliyi və s. qurumlardan böyük həcmdə məlumat sızması olub. /sputnik.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru