Bu gün 147 ildir yaranan və yaranan gündən MİLLƏT, VƏTƏN, DÖVLƏT uğrunda savaşan bir mətbuatın günüdür!!!

22-07-2022, 08:01           
Bu gün 147 ildir yaranan və yaranan gündən MİLLƏT, VƏTƏN, DÖVLƏT uğrunda savaşan bir mətbuatın günüdür!!!
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür.
147 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

Teref.az dia.az-a istinadla yazır ki, biz nə "Əkinçi"nin bir dəyər kimi necəliyini vəsf edəcəyik, nə də Milli Mətbuatımızın keçdiyi yoldan bəhs edəcəyik.

Fikrimiz mətbuatın hazırki durumundandır... Azərbaycana - güclü Azərbaycana yaraşmayan durumundan.

Deyirlər ki, bayram günü xoş sözlər deyilər ki, xoş əhvallar formalaşsın.

İllərdir xoş söz deyirik, əhvalımız isə elə eynidir.

Bu səbədən ilk olaraq xoş olmayan halımızı xatırlatdıq. İkinci olaraq isə ümidlərimizi çatdırırıq...

İnanırıq ki, Azərbaycan mətbuatı nəhayətdə millətimizin və dövlətimizin əkindü ciddi gücə çevriləcək, kimlərinsə əlində oyuncağa yox...

Teref.az olaraq bütün mətbuat işçilərinə məşhur "Oyuncaq" filmindəki həmkarımız kimi oyucağa çevrilməyi yox, haqq etdiyimiz söz müstəqilliyini arzu edirik....

BAYRAMINIZ MÜBARƏK....












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.