I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə nə vaxt veriləcək? - Rəsmilər də bilmir...

22-07-2022, 22:06           
I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə nə vaxt veriləcək? - Rəsmilər də bilmir...
Xəbər verdiyimiz kimi, ötən il dekabrın 23-də ölkə başçısı I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmənin (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsi nəzərdə tutulur.

Birdəfəlik ödəmənin 17-20 min şəxsi əhatə edəcəyi və həmin ödəmələr üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrıldığı bildirilib.

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişin iyul ayında verilməsinin nəzərdə tutulduğu haqqında məlumat vermişdi.

Sosial şəbəkələrdə də birdəfəlik ödənişlərin iyul ayında veriləcəyi haqqında məlumatlar yer alıb.

TEREF.AZ xəbər verir ki, cebhe.info-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şöbə müdiri Fazil Talıbov bununla bağlı işlər yekunlaşdıqda ictimaiyyətə məlumat veriləcəyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.