Statistika Komitəsi Xankəndidəki erməniləri siyahıdan çıxartdı - FOTOFAKT

21-02-2023, 11:08           
Statistika Komitəsi Xankəndidəki erməniləri siyahıdan çıxartdı - FOTOFAKT
Bu ilin əvvəlinə olan məlumata görə, Xankəndi şəhərinin 4,4 min, Xocalı rayonunun 11,5 min, Xocavənd rayonunun isə 12,2 min nəfər əhalisi olub.
TEREF.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda yer alıb.
Hesabatda qeyd olunub ki, əhalinin sayı hesablanarkən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhalinin sayı nəzərə alınmayıb.
Məlumat üçün bildirək ki, adları qeyd olunan şəhər və rayonların əhalisinin sayının tam şəkildə hesabata salınmaması ilk dəfə baş verir. Əvvəlki hesabatlarda əhalinin sayı tam şəkildə göstərilib. Məsələn, ötən ilin əvvəlinə olan məlumatda göstərilib ki, Xankəndi şəhərinin 55,9 min, Xocalı rayonunun 29,1 min, Xocavənd rayonunun isə 44,3 min nəfər əhalisi olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru