ATV-nin fəaliyyəti dayanmazdan bir neçə dəqiqə əvvəl efirə nə verilmişdi? – VİDEO

7-03-2017, 01:17           

Bir neçə saat bundan əvvəl “Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında ciddi problem yaranıb.

A24.Az xəbər verir ki, kanal təxminən 1 saata qədər fəaliyyət göstərməyib.

Kanaldan verilən açıqlamaya görə, 38 saylı ATS tərəfindən görülən profilaktik tədbir zamanı qəza baş verib, nəticədə kanalın və FM radiolarının yayım üçün çıxış rolu oynayan kabelləri yanlışlıqla zədələnib.

O da qeyd olunub ki, ATV telekanalı ilə yanaşı 106 və 106.3 FM radiolarının yayımı da dayanıb.

Bunu da oxuyun: SON DƏQİQƏ! ATV telekanalı bağlandı – SƏBƏB

A24.Az kanalın bağlanmazdan əvvəl efirə verdiyi son kadrları və yayımın bərpa olunmasından dərhal sonra efirə gedən ilk kadrları əldə edib.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, kanalın yayımı bərpa edildikdən sonra da bir müddət efirdə kəsilmə halları baş verib. Hazırda ATV fəaliyyətini heç bir texniki qüsur qeydə alınmadan davam etdirir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru