Azərbaycanda DƏHŞƏT: 2 qadın amansızlıqla öldürüldü

3-01-2019, 12:22           
Azərbaycanda DƏHŞƏT: 2 qadın amansızlıqla öldürüldü
Ötən gün Cəlilabad rayonunda qətl törədilib.

Teref.az publika.az-a istinadən xəbər verir ki, rayonun Üçtəpə kəndində yaşayan 1987-ci il təvəllüdlü Cəfərova Arzu Rafət qızı özündən 5 yaş kiçik qardaşı Hikmət Sadıqov tərəfindən çoxsaylı bıçaq zərbələri ilə öldürülüb.

Bildirilir ki, hadisə bacı və qardaşının yaşadığı evdə baş verib. 27 yaşlı oğlan 32 yaşlı bacısını qısqanclıq zəminində öldürüb və artıq tutularaq istintaqa təhvil verilib.

Oxşar hadisə Abşeron rayonu Qobu qəsəbəsində də baş verib. Dünən axşam saatlarında qəsəbədə yaşayan 1973-cü il təvəllüdlü Məmmədova Əqidə Mirzə qızı evdə naməlum şəxs tərəfindən amansızlıqla öldürülüb. Hazırda qətlin kim tərəfindən törədilməsi araşdırılır.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru