Lənkəranda vəhşilik: inək amansızlıqla öldürüldü - Video

4-01-2019, 13:20           
Lənkəranda vəhşilik: inək amansızlıqla öldürüldü - Video
Lənkəran rayonunda tükürpədici hadisə baş verib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, rayonun Separadi kənd sakini Məmmədov Raqib İmamverdi oğlu həmkəndlisinin inəyini amansızlıqla öldürüb.

İnəyi öldürülən kənd sakini isə Elnur Əzimovdur.

Belə ki, Elnur Əzimova məxsus bir neçə iribuynuzlu heyvan Raqib Məmmədovun ticarət obyektinin və yanındakı yarımtikilinin ərazisindən keçib. Bu zaman Raqib Məmmədov heyvanları daşla vurub. Daha sonra isə heyvanlar iki tikili arasından keçərək qaçmaq istəyiblər.

Bu zaman isə Raqib Məmmədov maşınından küt alət götürərək heyvanları vurmağa davam edib.

Görüntülərdən də aydın olur ki, heyvanların hər biri küt alətlə vurulduqdan sonra qaçmağa başlayırlar. Lakin həmin heyvanlardan biri iki tikili arasından sıxılıb qalır. Bu zaman Raqib Məmmədov inəyin baş nahiyəsində çoxsaylı zərbələr endirərək onu öldürüb.

Həmin görüntüləri təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru