Dubayda 1,5 milyon dollarlıq yaxta batıb

5-01-2019, 07:41           
Dubayda 1,5 milyon dollarlıq yaxta batıb
Yaxta batan zaman sahildən 200 metr uzaqlıqda olub.

Dubayda 1,5 milyon dollar dəyərində olan yaxta batıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, göyərtəsində 11 turist və ekipaj üzvü olan yaxta batıb. Göyərtədə olan şəxslərin hamısı xilas edilib.

Hadisə bazar günü Dubay Marina və Jumeirah Beach Residence rayonları yaxınlığında baş verib.

Məlumata görə, kirayə götürülmüş yaxta deşildiyi üçün batıb. Polis qayığı göyərtədə olan şəxsləri götürüb. Yaxtada turistlər arasında Rusiya vətəndaşları da olub. Yaxta batan zaman sahildən 200 metr uzaqlıqda olub. Hadisə zamanı heç kim xəsarət almayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru