Əflatun Amaşovdan KİV-lə bağlı təklif - "KİV üzərindən ƏDV-ni götürməliyik"

5-01-2019, 11:47           
Əflatun Amaşovdan KİV-lə bağlı təklif - "KİV üzərindən ƏDV-ni götürməliyik"
"Kütləvi informasiya vasitələri (KİV) üzərindən Əlavə Dəyər Vergisi (ƏDV) götürülməlidir"

Bu təklifi Oxu.Az-a açıqlamasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov səsləndirib.

“Bildiyiniz kimi, əvvəllər KİV-lərə ƏDV tətbiq edilmirdi. Ancaq son vaxtlar müəyyən dəyişikliklər əsasında ölkəyə gətirilən çap məhsulları və eyni zamanda, qəzet kağızı da ƏDV-yə cəlb olunur.

Mən elə bilirəm ki, bu məbləğ kifayət qədər azdır, büdcə üçün ağırlıq, yük təşkil etmir.

Ona görə də KİV üzərindən ƏDV-ni götürməliyik”, - deyən millət vəkili bu yöndə təklifini bir daha parlamentin qarşıdan gələn yaz sessiyasında, o cümlədən hökumətin növbəti illik hesabatı zamanı səsləndirəcəyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru