Sahil televizor, soyuducularla dolub, hamı evinə daşıyıb

6-01-2019, 10:04           
Sahil televizor, soyuducularla dolub, hamı evinə daşıyıb
Konteynerlərdə oyuncaqlar, televizorlar, ayaqqabılar, masalar və digər əşyalar olub

Almaniyanın Borkum adasında bir gəmidə konteynerlərin suya düşməsi insanlara bayram sevinci yaşadıb.

Sputnik Azərbaycan "Mynet"ə istinadla xəbər verir ki, fırtına səbəbindən suya düşən konteynerlər Hollandiya sahillərinə gəlib çıxıb. Sahil kənarında yaşayan insanlar həmin konteynerlərdə olan məhsulları götürüb evə aparıblar.

Nəhəng gəmidən 270 konteyner dənizə düşüb. Fırtına o qədər güclü olub ki, onları Hollandiyaya qədər aparıb. Konteynerlərdə oyuncaqlar, televizorlar, ayaqqabılar, masalar və digər əşyalar olub.

Dənizə düşən konteynerdən əşyaların daşınması
Almaniya və Hollandiya sahil təhlükəsizlik qüvvələri əhalini bu konteynerlərdən uzaq dayanmağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru